Gəncədə yaşayış binasında yanğın olub-Video

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib.

XALQ.AZ xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, üçmərtəbəli yaşayış binasında olub.

İlkin məlumata görə, alov binanın dam örtüyündə qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin 6 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Yanğının söndürülüb.