Gənc ailədə faciə

 

47

 

Qış mövsümünün gəlməsi ilə dəm qazından zəhərlənənlərin sayında artım müşahidə olunur.

Xalq.az  xəbər verir ki, paytaxtın Xətai rayonunda dəm qazı yeni ailə qurmuş ərlə-arvadın faciəli şəkildə dünyasını dəyişməsinə səbəb olub. Hadisə rayonun Naximov küçəsi 69 ünvanında baş verib. Dəm qazının bu dəfəki qurbanları isə 24 yaşlı Verdiyev Tural Firuz oğlu və onun həyat yoldaşı Məhərrəmova Şahnaz Sadiq qızı olub.
Səhər saatlarında otağa daxil olan mərhumların yaxınları onları huşsuz vəziyyətdə tapıblar. Hadisədən sonra ağır vəziyyətdə xəstəxanaya çatdırılan gənclərin həyatını isə xilas etmək mümkün olmayıb.
Hadisədən sonra əraziyə Xətai rayon polis idarəsi və Prokurorluğunun əməkdaşları cəlb edilib. Evdəki qaz sobaları, hadisə yeri müayinədən keçirilib. Hadisənin baş vermə səbəbləri isə araşdırmalardan sonra məlum olacaq. Dəm qazından boğulan Tural Verdiyev və Şahnaz Məhərrəmovanın meyidləri isə dəfn olunmaları üçün Gəncə şəhərinə aparılıb.
Bu gecə həmçinin Novxanı bağlar yaşayiş sahəsində yaşayan Musa Məmmədov və arvadı Palmira Əhmədova da mənzillərində dəm qazından zəhərlənərək dünyalarını dəyişiblər. / ANSPRESS /