Gənclər və idman nazirinin müavinləri təyin olundu

Xəbər verdiyimiz kimi bu gün Azərbaycanın gənclər və idman nazirinin iki müavini işdən çıxarılıb.

Prezident İlham Əliyev digər sərəncamları ilə İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva gənclər və idman nazirinin müavini təyin olunublar.

Qeyd edək ki, M.Vasileva əslən bolqarıstandandır. O, Azərbaycan Gimnastika Federasiyasının İcrayə Komitəsinin üzvüdür.