Nazir müavinləri vəzifədən azad olundu

Gənclər və idman nazirinə yeni müavinlər təyin edilib.

XALQ.AZ xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamları ilə İntiqam Vaqif oğlu Babayev və İsmayıl Sultan oğlu İsmayılov  gənclər və idman nazirinin müavini vəzifəsindən azad ediliblər.

Qeyd edək ki, İ.Babayev 2000-ci ildən, İ.İsmayılov isə 2006-cı ildən nazir müavini vəzifəsini icra edirdilər.