Gəndob-Yalama yolunda ağır yol qəzası

Avto qeza-1

Xaçmaz rayonu ərazisində ağr yol qəzası baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, yol qəzası Gəndob-Yalama yolunun 34-cü km-də olub.

Belə ki, 1993-cü il təvəllüdlü İlqar Raviq oğlu Şıxəliyevin idarə etdiyi “VAZ 2106” markalı, 50 BC 956 dövlət nömrə nişanlı avtomaşınla 1962-ci il təvəllüdlü Sabir Seyid oğlu Seyidovun idarə etdiyi “VAZ 2107” markalı, 10 KU 773 dövlət qeydiyyatlı avtomobil toqquşub.

Hadisə nəticəsində iki nəfər müxtəlif xəsarətlərlə Xaçmaz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Xəsarət alan hər iki sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır