Paytaxda tıxac xəbərdarlığı

Nobel

Bakının Nobel prospektində səhər saatlarından başlayan və hələ də davam edən tıxac yaranıb.

Xalq.az-ıin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən verdiyi məlumata görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə Nobel prospektində (Zığ şossesi istiqamətində) yolun 2 zolağında nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılıb.

Bu da həmin yolda sıxlığın yaranmasına səbəb olub. Sürücülərə alternativ olaraq Babək prospektindən istifadə etmələri tövsiyə olunur.