Gecə bu küçədən keçməyin

Yol-1

Paytaxtın mərkəzi küçələrindən biri olan Rəşid Behbudov küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Xalq.az-ın Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən verdiyi məlumata görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən, Rəşid Behbudov küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Yollarda təmir işləri “Azəryolservis” ASC tərəfindən aparılır.