Polis olmaq istəyənlərin nəzərinə!

Polis

Daxili İşlər Nazirliyi polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək istəyənlərə müraciət edib.

Xalq.az-ın məlumatına görə, müsabiqədə Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Naftalan, Xocalı rayon sakinlərindən yaşı 20-dən az 30-dan çox olmayan şəxslər iştirak edə bilərlər. Bununla yanaşı aşağıdakı şərtlərə uyğun vətəndaşlar müsabiqədə iştirak edə bilərlər:

  • Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi xidmət müddətini tam başa vurmuş (qadınlar istisna olmaqla), yaşı 20-dən aşağı, 30-dan yuxarı olmayan;

  • boy ölçüsü 180 sm-dən az (qadınlar üçün 170 sm) olmayan;

  • düzgün bədən quruluşlu və idman cüssəli, tam orta təhsilli;

  • yol-patrul xidməti inspektoru vəzifələrinə əlavə olaraq avtomobil nəqliyyatına aid olan orta-ixtisas və ya ali təhsilli, 3 ildən çox sürücülük təcrübəsi olan, kompyuterdən istifadə etməyi bacaran şəxslər;

  • “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş digər şərtlərə cavab verən şəxslər.

Sözügedən şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müsabiqədə iştirak edə bilər