Gecə klubunda atışma

Gece

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində gecə klubunda atışma baş verib. Atışma nəticəsində biri ağır olmaqla 15 nəfər yaralanıb.

Yaralılar arasında azyaşlı uşaqlar da var. Məlumata görə, yaralıların, təxminən, yarısının 18 yaşı tamam olmayıb.

Polis hadisənin motivlərini və cinayətkarı müəyyənləşdirmək istiqamətində istintaq başladıb. Azyaşlıların gecə saatlarında içki klubunda olması istintaqın diqqət mərkəzində olan əsas məsələlərdən biridir.