Yaponlar vulkan külü altında qalanları axtarır (FOTO)

V-1

Yaponiyanın Ontake dağında sentyabrın 27-də baş vermiş vulkan püskürməsindən sonra polis axtarış-xilasetmə əməliyyatlarına başlayıb.

Yayılan məlumata əsasən, vulkan püskürməsi zamanı dağın yuxarı hissəsində olan yeddi nəfərdən biri huşsuz vəziyyətdədir, digər altı nəfər vulkan külü altında qalıb. Bundan əlavə, yaxınlıqda olan daha 42 nəfər xəsarət alıb.

Vulkan püskürməsindən sonra 230 nəfər təxliyyə olunub. Dağda olan təxminən 40 nəfər dörd mağarada sığınacaq tapıb. Onların sırasında xəsarət alan alpinistlər və dağ mağaralarının işçiləri var.

Sentyabrın 28-də 550 nəfər polis, yanğınsöndürən və özünümüdafiə qüvvələrinin hərbiçiləri axtarış-xilasetmə əməliyyatlarına başlayıblar.

V-2