General Elçibəyin oğlunu işə götürdü

 

18

Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyevə iş tapılıb. Bu barədə “Şərq”ə bəyin qayını Mirmöhsün Mahmudov bildirib.

Onun sözlərinə görə, Ə.Əliyev dövlət idarəsində çalışacaq: “Fövqəladə Hallar Nazirliyinə işə düzəlib. Hələlik həmin qurumda kurs keçir. 3 aylıq kursdan sonra rəsmən işlə təmin olunacaq”.Məlumat üçün bildirək ki, bu ilin iyunun 24-də Ə.Elçibəyin anadan olmasının 76-cı ildönümündə qayını M.Mahmudov onun oğlu Ərturqut Əliyevin işlə təminatı barədə imkanlı şəxslərə və dövlət məmurlarına müraciət etmişdi: “Ərturqutun dayısı kimi xahiş edirəm. Kimin imkanı varsa, onu işə qoysun. Ürəkləri hara istəyir, ora da göndərsinlər. Yazıqdır, cavan uşaqdır. Nə qədər bekar gəzəcək?”

Görünür, müraciət effektiv nəticə verib.

Xatırladaq ki, Fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.

25