Murad Dadaşovu bıçaqladılar

Bicaq-1

Bakının Sabunçu rayonunda Maştağa qəsəbəsində iki nəfəri qanına qəltan edən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Daş karxanası deyilən ərazidə qəsəbə sakinləri 1988-ci il təvəllüdlü Əlizamin Sədiyarov 1983-cü il təvəllüdlü Murad Dadaşovun qarın nahiyyəsindən bıçaqla xəsarət yetirib.

Sabunçu rayon Polis İdarəsi 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Ə.Sədiyarov tutulub.

Faktla bağlı araşdırma aparılır.