General işdən qovuldu

88

 

Putin quru qoşunları komandanını işdən qovdu

Hərbi prokurorluqda başlanan cinayət işinə görə, o, həbçilərə məxsus binaları bazar qiymətindən aşağı qiymətə satmaqda təqsirkar bilinir

 

Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyasının quru qoşunları komandanı general-polkovnik Vladimir Çirkini vəzifəsindən azad edib.

ANS PRESS-in gazeta.ru-ya istinadən verdiyi məlumata görə, hələ oktyabr ayında işdən getməklə bağlı özü ərizə yazsa da, indi məzuniyyətdən gəldikdən sonra qəbul olunub. General 2010-cu ilin aprel ayından 2012-ci ilə qədər Mərkəzi hərbi dairə komandiri olduğu vaxtlarda İstintaq Komitəsinin qərarıyla rüşvət almaqda ittiham olunur. Hərbi prokurorluqda başlanan cinayət işinə görə, o, həbçilərə məxsus binaları bazar qiymətindən aşağı qiymətə satmaqda təqsirkar bilinir.