General-mayor Polad Həşimov II Fəxri xiyabanda dəfn olunacaq

Azərbaycan Ordusunun şəhid olan yüksək rütbəli zabiti, general-mayor Polad Həşimov iyulun 15-də dəfn olunacaq.

XALQ.AZ xəbər verir ki, general-mayor Polad Həşimovun cənazəsi İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.


Qeyd edək ki, general-mayor Polad Həşimov bu gün səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub.