General Zaur Adıgözəlovu təltif etdi-Fotolar

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov Milli Məclisin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Zaur Adıgözəlovu təltif edib.

Z. Adıgözəlova Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 9-cu ildönümü münasibətilə  və Vətən Müharibəsi dövründə arxa cəbhədə vətənpərvərlik işinin təbliğində xidmətlərinə görə Diplomu verilib. 

XALQ.AZ-ın məlumatına görə, Zaur Adıgözəlovun “Ermənilərin Azərbaycanda mərhələli məskunlaşması”, “Amnesty Internationalın diqqətinə 10 prinsip”, “Beynəlxalq hüququn kağız üzərində olan ədaləti təmin olunur” və s. kimi 20 elmi – siyasi məqaləsi xarici və yerli elmi jurnallarda, o cümlədən tanınmış media orqanlarında dərc olunub.