Generalın oğlu bəyanat verdi

34

 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun rəhbərlik etdiyi Avropa Azərbaycan Cəmiyyəti (AAC) yaydığı növbəti bəyanatda iddia olunur ki, Avropanın enerji təhlükəsizliyi Azərbaycanın əlindədir. 

Musavat.com xəbər verir ki, yayıılmış yazılı açıqlamaya görə, 2-ci Azərbaycan-Xəzər Neft və Qaz Həftəsi (The 2nd Azerbaijan & Caspian Sea Oil and Gas Week 2014 ) bu il 19-21 noyabr arası Bakıdakı “Four Seasons Hotel”də keçiriləcək. Tədbirə Azərbaycanın inkişafda olan neft və qaz sənayesinin aparıcı rəhbər nümayəndələri qatılacaq.

ARDNŞ-i son ziyarətində İsveçrənin AXPO şirkəti Azərbaycanın enerji sektorundakı rolunun əhəmiyyətini vurğulayıb. AXPO Trans Adriatik Qaz kəmərində (TAP) 5 faiz paya sahibdir.

Bakıda keçiriləcək tədbirdə TAP layihəsi də müzakirə olunan əsas mövzular sırasındadır. ARDNŞ-in Türkiyə bölümü, BP, TOTAL və NOCAR kimi şirkətlər tədbirin iştirakçıları arasında olacaq.

Bu il Azərbaycanda həm də “Əsrin Müqaviləsi“nin 20 illiyi qeyd olunacaq. Bu müqavilə Azərbaycan və Xəzər regionunda neft strategiyasının müəyyənləşməsində dönüş nöqtəsi hesab olunur. Hazırda 8 ölkəni təmsil edən 11 nəhəng şirkət bu işə cəlb edilib.

2-ci Azərbaycan və Xəzər Neft və Qaz Həftəsi enerji sektorunda beynəlxalq miqyasda tanınan aparıcı mütəxəssisləri yenidən bir araya gətirəcək. Sammitə Oliver Kinross rəhbərlik edəcək.