Qaxın “SULTANI”

57

Qax Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Camalov özünü “sultan” élan edib.

Qax əhlini susuz qoyan Soltan bəy nə işdə tapılır, nə də ki, Qaxda

Daxil olan məlumatlarlara və aparılan araşdırmalara əsasən Soltan Camalovu tapmaq istəyən restoranında tapa bilər. Səhər 10-da idarəyə gəlib yanacaqdan gələn pulları cibinə yığıb, 20 dəqiqədən sonra aradan çıxaraq özünü Əhməd Əhmədzadənin qohumu kimi hər çatana təqdim edir. Soltan bəy o qədər pullanıb, insanları belə saymır. Jurnalistlər onun qəbuluna düşmək üçün gərək Əhməd Əhmədzadədən icazə ala. Soltan Camalov özünü nazir kimi aparır. İdarənin hər künc-bucağına monitorlar qoyub, insanları güdməklə məşğul olur. Monitorsuz bir günüm olmasın deyə Soltan Camalov 20 dəqiqə idarədə oturub ancaq monitorla məşğul olur. Onun maxinasiyaları ilə bağlı bizə daxil olan informasiyalar onu göstərir ki, bu insan istəyini etməklə məşğuldur. Ayrılan ehtiyat hissələrin, yanacağı ona-buna satdırıb villalar, restoranlar, istirahət mərkəzləri tikdirən Soltan , dostlarını belə qəbul etməkdən boyun qaçırır.
XALQ.AZ  bildirir ki , Su Meliorasiya Təsərrüfatının Komitəsinin sədri Əhməd Əhmədzadə ilə qohumluq əlaqələri qurub gələcəyini təmin edən Soltan Camalov fəaliyyəti dövründə çox böyük maxinasiyalara imza atdığı söylənilir. Kifayət qədər nöqsanların aşkarlanmasına baxmayaraq Soltan bəyin haqqında su meliorasiya sisteminin rəhbərliyi tərəfindən heç bir tədbir görülmür. Əhməd müəllim inanırıq ki, Soltan bəyi gün gələr küncdə saxlayacaq.

Onun barəsində daxil olmuş geniş materialı növbəti saylarımızda dərc etməyə hazırlaşırıq.

Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.