Generalın rəis qardaşı intihar etdi

Bu gün xidməti otağında intihar edən Binəqədi RPİ 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyevin özünü ürəyindən güllələdiyi məlum olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən XALQ.AZ-a verilən məlumata görə, iyulun 9-da saat 11 radələrində Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyevin istirahət otağında özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi ilə bağlı məlumat daxil olub.

Hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədir.

Qeyd edək ki, Rahib Mirzəyev Daxili Təhqiqatlar İdarəsinin sabiq rəisi, polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır.

S. Mirzəyev 2020-ci il iyun ayında təqaüddə göndərilib.

Qeyd edək ki, R. Mirzəyev 2019-cu ildə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə rəis təyin edilib.