Rəşad Mahmudov dövlət qurumlarına müraciət etdi

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilir.

Cari məsələlərin müzakirəsi zamanı millət vəkili Rəşad Mahmudov seçicilərin problemlərindən danışdı. Deputat bilidrib ki, ölkəmizin hər tərəfində əkin sahələrinin suvarılması ilə əlaqədar problemlər var. Hazırda Astara sakinlərinin böyük bir hissəsi əkinçiliklə məşğul olur. Amma su məsələsində problem var”. Millət vəkili problemin həlli üçün dövlət qurumlarına müraciət edib.