Geyim əşyaları oğurlayan gəlin və baldız

ogru

Geyim əşyaları oğurlayan gəlin və baldız həbs edilib.

Yaşadığı Ağcəbədi rayonundan Bakıya baldızıgılə qonaq gələn 50 yaşlı Solmaz Məmmədova özünü heç də qonaq kimi aparmayıb. Abşeron rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Məmmədova nə az, nə çox düz 3 mağazadan oğurluq etməkdə təqsirləndirilir. Amma o, bu əməlini təkbaşına deyil, baldızı 56 yaşlı Tamella Məmmədova ilə törədib. Gəlin baldız birlikdə Xırdalan şəhərindəki geyim mağazalarından əllərinə keçənləri götürüblər.

Lakin mağazalardan birində ələ keçən qohumlar bir neçə paltarı orda atıb qaçmağa müvəffəq olublar.

Abşeron rayon polis şöbəsi əməkdaşları xanımların yerini müəyyən etməyə nail olublar. Məlum olub ki, gəlin baldız Tamella Məmmədovanın qızının Xırdalan şəhərindəki evində gizlənib. Evə keçirilən baxış zamanı oğurlanan geyim əşyaları həmin mənzildə aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Gəlin baldızın digər bu kimi əməllərinin varlığı istintaqda müzakirə olunur.