“Gilan-Aqro” şirkətə basqın edildi

Basqin

Bakıda məşhur şirkətə basqın olub. “Gilan-Aqro” MMC-nin ofisindən içərisində külli miqdarda pul olan seyf aparılıb. Cinayət ötən gecə saat 04 radələrində Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində yerləşən Boks Federasiyasının binasında törədilib. Rayon Polis İdarəsindən milli.az-a verilən məlumata görə, iki naməlum şəxs federasiyanın inzibati binasının ikinci mərtəbəsində yerləşən “Gilan-Aqro” şirkətinin mühafizəçisinə hücum edib. Mühafizəçi İntiqam Axundovu yaralayaraq əl-qolunu bağlayıblar. Sonra isə şirkətin mühasibatlıq otağına keçərək oradan içərisində 60000 manat, 4 000 dollar olan seyfi aparıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə iş başlanıb, əməliyyat-axtarış tədbirləri aparılır.