Tanınmış “qanuni oğru” həbs olundu (VİDEO)

Ötən gün Rusiyanın paytaxtı Moskva şəhərində kriminal aləmdə tanınmış sima olan, 27 yaşlı “Nukri Qalski” ləqəbilə tanınan “qanuni oğru” Nukri Doçiyan həbs edilib. XALQ.AZ-ın “Praym Kraym” saytına istinadən verdiyi məlumata görə, “Nukri Qalski” saxlanılarkən üzərindən külli miqdarda heroin tapılıb.
Qeyd edək ki, “Nukri Qalski”nin problemləri elə bu ilin əvvəllərindən başlamışdı. O, bir neçə avtoritetlə birlikdə hüquq-mühafizə orqanları əməkdaşları ilə atışmışdı. Bundan sonra Roma Sevastopolski ilə birgə saxlanılmışdı. Onlar Yeni ili həbsdə keçirmişdi.

Polis tərəfindən saxlanılan “Nukri Qalski” narkotik maddələrin qanunsuz döbriyyəsilə bağlı saxlanılsa da, onun bir neçə cinayətdə ittiham olunacağı bildirilir.

Faktla bağlı araşdırma aparılır.