“Google” qaşıq buraxacaq

Google-1

Google şirkəti Parkinson xəstəliyindən əziyyət çəkənlər üçün nəzərdə tutulmuş smart-qaşıq istehsal edən Lift Labs startapını satın alıb. Bu haqda Lift Labsın mətbuat xidməti yazıb.

XALQ.AZ-ın “ICTnews”a istinadən məlumatına görə, Lift Labs Parkinson xəstəliyindən əziyyət çəkənlərin həyat şəraitini yaxşılaşdırmaq üçün nəzərdə tutulmuş smart-qaşığın istehsalçısıdır. Bu xəstəliyin əlamətlərindən biri əllərin titrəməsidir. Qaşığın qulpu sensorlarla təchiz olunub, yuxarı hissəsi hərəkətlidir və sensorun göstəricilərinə uyğun olaraq vəziyyətini dəyişdirir.

İndi Lift Labs startapı Google X məxfi laboratoriyasının bir hissəsi olacaq, onun əməkdaşları yeni şirkətdə işinə davam edəcəklər.