Sərnişin avtobus dərəyə düşdü: 20 ölü

Peru

Peruda sərnişin avtobusunun dərəyə düşməsi nəticəsində 20 nəfər həyatını itirib, 11 nəfər isə yaralanıb.

XALQ.AZ-ın məlumatına görə, incident ölkənin cənubunda Apurimak bölgəsində baş verib. Qəza nəticəsində Naska şəhərindən Kusko şəhərinə yol alan avtobus 200 metrlik dərəyə yuvarlanıb.

Avtobusun bütün sərnişinləri Kuskoya dini tədbirdə iştrak etmək üçün gediridi.

Zərər çəkənlər xəstəxanaya çatdırılıb. Qəza bölgəsində cəsədlərin axtarışı davam edir.

Hadisənin səbəbləri araşdırılır.