“Gör indi yazıq xəstələrə nə gün yaşadırlar” – Şikayət

Semaşko adı ilə məşhur olan 1 saylı Şəhər Klinik Xəstəxanasında qan verməyə gələn şəxsə “Hepatit-B” virusu diaqnozu qoyublar.

Hadisə Tofiq Mehdiyevin başına gəlib. O bildirib ki, bu diaqnoza görə ondan qan götürməyiblər:

“Semaşkoda qohumuma qan vermək istədim. İmtina etdilər ki, səndə “Hepatit-B” var.
Şoka düşdüm. Hər il check-up oluram, 6 ay qabaq qan vermişəm. Əsəbləşdim ki, haradan ola bilər axı”. Tez başqa klinikada analiz verdim və cavab neqativ çıxdı.
Məhz ona görə Semaşkoda qan verməyə məsləhət vermirəm. Sabah gedib qan udduracam onlara. Bu cür qeyri-peşəkar fəaliyyətləri ilə belə stress yaratdılar mənə və doğmalarıma, gör indi yazıq xəstələrə nə gün yaşadırlar”.