Goranboyda iki kişi meşədə qadına hücum çəkdi

Mese

Goranboy rayonunda qadına bıçaqla xəsarət yetirmiş şəxslər tutulub.

XALQ.AZ-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə verdiyi məlumata görə, hadisə avqustun 26-da Goranboy rayonunun Rus-Borisi kəndinin meşə zolağında baş verib.

Meşədə rayon sakinləri İmamverdi Xəlilov və Sabir Alxasov həmyerliləri Elnarə Əliyevaya bıçaqla xəsarət yetiriblər.

Xocalı rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Xəlilov və S.Alxasov tutulublar.

Faktla bağlı araşdırma aparılır