Göydəniz Qəhramanov Tailandlı həmkarları ilə görüşdü
Bu gündən etibarən fevralın 20-dək Bakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyası keçiriləcək.
XALQ.AZ xəbər verir ki ? bunu Milli Məclisin deputatı Göydəniz Qəhramanov bildirib.
Millət vəkili qeyd edib ki, sessiya çərçivəsində Tailand Parlamentinin Nümayəndələr Palatasının vitse-spikeri Paradorn Prissanananthakulun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya rəsmi səfərə gəlib.
Azərbaycan-Tailand parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olaraq qonaqları Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılamaqdan məmnunluq duydum deyə bildirib.
Deputat qeyd edib ki, “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusuna həsr olunmuş sessiyada 30-dan çox ölkə parlamentinin və beynəlxalq təşkilatın nümayəndə heyətləri, o cümlədən 10-dan çox ölkə spikeri iştirak edəcək deyə bildirib.