Göygöldə “Mitsubishi” ağaca çırpılıb yandı

Yandi

Ötən gün gecə saatlarında Göygöl rayonunda yol qəzası baş verib.

XALQ.AZ-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Göygöl rayon mərkəzindən 4 km aralıda “Mitsubishi” markalı minik avtomobili hərəkət edərkən, idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılması nəticəsində yol qəza hadisəsi yaşanıb.

Qəza nəticəsində avtomobildə yanğın baş verib və avtomobilinin yanar hissəsinə zərər dəyib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğınsöndürənlər tərəfindən yarana biləcək əlavə təhlükənin qarşısı alınıb.