Güləşçimiz erməniyə 23 saniyədə qalib gəldi

 

1415

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən böyüklər arasında güləş üzrə dünya çempionatı başa çatıb.
XALQ.AZ saytı xəbər verir ki, sentyabrın 14-də – çempionatın sonuncu günündə 71 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz Rəsul Çunayev ilk görüşdə Yaponiya idmançısı Noritomo Eto üzərində qələbə qazanıb. Daha sonra ABŞ təmsilçisi Castin Lesterə qalib gələn Rəsul ardınca Türkiyə idmançısı Yunus Özellə görüşdən məğlub ayrılıb. Rəsul Çunayev rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılıb. Rumıniya güləşçisi İonel Puskasu üzərində qələbə güləşçimizə bürünc medal şansı verib.

Bürünc medal uğrunda görüşdə Rəsul Çunayev ermənistanlı Varşam Boranyanla qarşılaşıb və 23 saniyə rəqibini məğlub edərək çempionatı üçüncü pillədə başa vurub.
Xatırladaq ki, yunan-Roma yarışlarının ilk günündə Saman Təhmasibi gümüş və Elvin Mürsəliyev bürünc medal qazanıb. Həsən Əliyev isə çempionatı beşinci sırada tamamlayıb.

Modern.az güləşçimizin erməni idmançı üzrərindəki qələbəsini əks etdirən videonu təqdim edir.