Gül bayramına hazırlıq başladı

Gul

Artıq paytaxtı al-əlvan lalə gülləri bəzəyib, bu isə o deməkdir ki, Gül bayramı yaxınlaşır. Bayramla bağlı hər il olduğu kimi, bu ildə müəyyən işlər görülür. Yerli güllərdən istifadə etməklə yanaşı, xarici ölkələrdən də müxtəlif növdə güllərin gətirilməsi gözlənilir.

Gül bayramı ilə əlaqədar artıq 4 gündür ki, Heydər Əliyev adına sarayının qarşısındakı parkda işlərə start verilib. Dəmir konistruksiyalar da parkda yerləşdirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə görülən işlərdə güllərin düzülməsi mərhələsinə kimi hazırlıqların mayın 5-nə qədər yekunlaşması nəzərdə tutulur. Buna görə parka giriş məhdudlaşdırılıb və fəhlələr qızğın işə başlayıb. Hətta istirahət guşəsində işləyənlər üçün xüsusi çadrlar da qurulub ki, burada onlar paltarlarını dəyişir və arada dinclərini də alırlar.

Parkın ətrafı Gül bayramına aid lövhələrlə bəzənib. Heydər Əliyevin heykəlinin də güllərlə bəzədilməsi nəzərdə tutulduğundan burada da işlər gedir. Parkda hazırlıqlara nəzarət edən Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Zaur Ramazanov bildirdi ki, bu ilki Gül bayramı ötən ilkilərdən güllərin rəngi və dizaynı ilə fərqlənəcəcək.