Nazir İrana gedəcək

ali

Azərbaycanın informasiya və yüksək texnologiyalar naziri Əli Abbasov İrana səfər edəcək.

Xalq.az-ın məlumatına görə, bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin Azərbaycan prezidentinin İrana səfəri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Səfir konfrans zamanı bildirib ki, səfərin yaxın iki ay ərzində baş tutacağı gözlənilir. Onun sözlərinə görə, səfər zamanı hər iki ölkə arasında olan informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Səfir qeyd edib ki, Əli Abbasovun İrana səfəri yay aylarına planlaşdırılıb.