Bakıda fahişəxana aşkar edildi

Fahise

Bakı şəhər sakininin əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Leyla Fətəliyeva saxlanılıb.

Sabunçu qəsəbəsi ərazisindəki kafelərdən birinin sahibi olan Leyla Fətəliyevanın orada əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.