Qaynaqçının dəhşətli ölümü

Naqil

Bu gün gunorta saat 15 radələrində Lənkəran şəhəri Nəriman Nərimanov küçəsində yeni tikilməkdə olan obyektdə qaynaq işləri aparılarkən bədbəxt hadisə baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, tikintidə çalışan elektrik qaynaqçısı 57 yaşlı Hüseynov Eynulla Əsəd oğlu qaynaq işləri apararkən ehtiyatsızlıqdan əlindəki armatur yuxarıdan keçən yüksək gərginlikli elektrik xəttinə toxunub. Nəticədə usta yüksək cərəyan vurmasından hadisə yerindəcə keçinib.

Meyit daxili və xarici müayinə edilməkdən ötrü məhkəmə tibbi ekspertizası və pataloji anatomiya birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.

Faktı Lənkəran rayon prokurorluğu araşdırır.