Nazir polis rəisini cəzalandırdı

DIN

Daxili İşlə Nazirliyi Balakən Rayon Polis Şöbəsində yoxlamalar aparılıb.

Xalq.az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl yoxlamaların nəticəsi ilə bağlı hesabat daxili işlər naziri Ramil Usubova təqdim edilib. Balakən RPŞ-də yol verilmiş ciddi nöqsanlar nəzərə alınaraq, rəis, polis polkovniki Rasim Mustafayev də daxil olmaqla bir qrup əməkdaş barəsində intizam tənbehi tədbirləri görülüb. Qeyd edək ki, bir müddət əvvəl KİV-də Balakən Rayon Polis Şöbəsinin İtitala kəndi üzrə sahə müvəkkili, polis kapitanı Vüqar Filiyevin həbs edilməsi barədə məlumat yayılmışdı.