Qaxda başı kəsilmiş meyit tapıldı

bas-1

Qax rayonunda başları kəsilmiş vəziyyətdə iki kişi meyiti aşkar edilib. Kanal S xəbər verir ki, ilkin məlumatlara görə, onlar Gürcüstan vətəndaşlarıdır. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.

Qaxda qətlə yetirilən şəxslərin iki qardaş olduğu açıqlanıb. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində evdə meyiti tapılan şəxslərin milliyyətcə gürcü olan Azərbaycan vətəndaşları 1956-cı il təvəllüdlü Rosyaşvili İasi İsaqoviç və 1960-cı il təvəllüdlü Rosyaşvili Esaryan İsaqoviç olduğu müəyyənləşib.

Hadisənin hansı şəraitdə baş verməsi hələlik məlum deyil. Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Qax Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.