media-36
Qonşu Gürcüstanla parlament əlaqələrimiz möhkəmlənir.
Bunu Milli Məclisin deputatı Musa Quliyev XALQ.AZ-a Gürcüstan səfəri barədə bildirib.
Millət vəkili qeyd edib ki, Gürcüstan Parlamentinin dəvəti ilə Azərbaycan- Gürcüstan Parlamentlərarası işçi qrupu olaraq Milli Məclisin Komitə sədrləri Arzu Nağıiyev (qrupun rəhbəri) və Azər Əmiraslanovla birlikdə Tbilisiyə səfərimiz məhsuldar və faydalı görüşlərlə yadda qaldı. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili nümayəndə heyətimizi qəbul edərkən Azərbaycanla dostluğa və əməkdaşlığa böyük önəm verdiklərini vurğuladı :
-Azərbaycan bütün dövrlərdə Gürcüstana dəstək olub. Biz bu dəstəyi ərazi bütövlüyü və suverenliyimizin qorunmasında daha yaxşı hiss etmişik və görmüşük. Bəzi dövlətlər Gürcüstana bu dəstəyi sözdə ifadə etdiyi halda Azərbaycan bunu əməldə göstərib. Bu dəstəyə görə Azərbaycan Prezidentinə, parlamentinə və dost Azərbaycan xalqına minnətdarlığımızı bildiririk.
Deputatı sözlərinə görə Azərbaycan parlamentinin nümayəndə heyətinin Gürcüstan parlamentinin komitə sədrləri və dostluq qrupunun üzvləri ilə görüşləri də faydalı olmuşdur.
Görüşlər zamanı hər iki ölkəni maraqlandıran müxtəlif mövzular ətrafında geniş fikir mübadiləsi apardıq, əməkdaşlıq imkanlarını, o cümlədən, Gürcüstanda yaşayan azərbaycanlıların Gürcüstanin ictimai- siyasi həyatına inteqrasiyasinin gücləndirilməsi perspektivlərini müzakirə etdik deyə qeyd etdi.
media-33 media-34 media-35 media-36 media-37 media-38 media-39 media-40

media-ads728x90

Bənzər xəbərlər