Həbsxanada 20 telefon aşkar edildi (FOTO)

Telefon

Qobustan həbsxanasında axtarış-baxış tədbirləri həyata keçirilib.

XALQ.AZ-ın məlumatına görə, bu haqda Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi xəbər verib.

Xidmət əməkdaşları tərəfindən həyata keçirilən axtarış-baxış tədbirləri nəticəsində Qobustan həbsxanasında 20 ədəd qanunsuz mobil telefon aparatı, onlara məxsus aksessuarlar, kəsici-deşici və digər qadağan olunmuş əşyalar aşkar edilərək götürülüb.

Telefon