Jurnalistin ailəsində faciə

Anar

Bu gün axşam saat 17.00 radələrində “Şərq” qəzetinin redaktoru Anar Bayramoğlunun 5 yaşlı qızı Cavidan yaşadıqları 6-cı mərtəbənin pəncərəsindən yıxılaraq dünyasını dəyişib.

XALQ.AZ-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında Masazır qəsəbəsi, Gənclər şəhərciyində baş verib.

Cavidanın dəfn edilməsi üçün meyitinin Qazax rayonuna aparıldığı deyilir.

Qeyd edək ki, bir neçə həftə bundan əvvəl tanınmış jurnalist Ayaz Mirzəyevin də 3 yaşlı oğlu Maqsud binanın 4-cü mərtəbəsindən yıxılaraq vəfat etmişdi.