Həbsxanalarda səsvermə

Həbsxanalarda səsvermə belə keçdi

Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin cəzaçəkmə müəssislərində də prezident seçkiləri ilə bağlı səsvermə keçirilir.

XALQ.AZ xəbər verir ki, “Qafqazinfo”nun əməkdaşı bununla bağlı xidmətin 1, 4, 6 və 15 saylı cəzaçəkmə müəssisələrinə və PX-nın Mühafizə Alayına baş çəkib.

18 yaşlı, səsvermə hüququnu ilk dəfə qazanan məhkum 4 saylı CM-də səs verib.

Xidmət aparan növbətçilər və hərbi qulluqçular da səsvermədə iştirak edirlər.