“Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir.”

 

Azərbaycan haqqında danışsaq sözlər, cümlələr kifayət etməz. İstər onun təbiətindən, istər xalqından… Mənəvi və maddi keyfiyyətləri o qədərdir ki ., say say bitməz. Azərbaycan xalqı kimi cəsur , gənci kimi ağıllı , əsgəri kimi igid, xanımı kimi mərd ölkə çox azdır. Mənəvi keyfiyyətləri ilə seçilən ölkəm haqqında nə qədər danışsam azdır. Əsasda gəncləri haqqında..
Adətən, gənclər haqqında söhbət düşəndə onları xalqın gələcəyi hesab edirlər. O da həqiqətdir ki, ölkənin, dövlətin taleyi ilə bağlı böyük vəzifələri üzərinə götürə bilməsi üçün sağlam, savadlı və Vətənini sevən gənclər yetişdirmək lazımdır. Bu gənclərin yetişdirilməsi üçündə valideynlər və təhsil əsas rol oynayır.
Ümummilli liderimizin vaxtilə söylədiyi fikirlər bu gün böyüməkdə olan nəsil üçün dəyərli və müdrik tövsiyə kimi qəbul olunur: “Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir və öz həyatını qurarkən, özünü həyatda fəaliyyətə hazırlayarkən və fəaliyyətə başlayıb onu davam etdirərkən özü haqqında da düşünməlidir, ancaq hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.
Bu fikirləri oxuduqda insanda yaranan məsuliyyət hissi, bizləri bu vətən üçün nələrsə etməyə vadar edir.
Gənclərimiz bu günkü gün yalnız arxa cəbhədə deyil, həm də ön cəbhədə öz şücaətlərini yetərincə göstərmişdirlər.
Təhsilimizlə, digər ölkələrdə vətənimizi tanıtmaqla., musiqimiz, rəqsimiz, mədəniyyətimiz və s… arxa cəbhədə gənclərimizin vətənimiz üçün edəcəyi işlər bu və bundan artıqdır.
Ən əsası Ümummilli liderimizin dediyi kimi “Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir.”
Bu günkü gün 44 günlük müharibəmizin qələbə ilə nəticələnməsində böyük rolu olanlar demək olarki gənclərimiz idi. Cəbhədə vuruşan igidlərimiz, şəhidlik zirvəsinə ucalan minlərlə əsgərimiz… ən baris nümunədir. Bizlər bu yurdun övladı olmaqdab qürur duyuruq. Mən və biz gənclər var olduqca bu müstəqilliyi qoruyub saxlamağa, bu ölkəni tanıtmağa və bugünkü gün var olmamıza səbəb olan, həyatlmızı rahat yaşamağa borclu olduğumuz qəhrəmanlarımızı daim yaşatmağa söz veririk
Orucova Fatimə
Nəsimi rayon gənci