Qəzaya uğrayan təyyarənin sərnişinlərinin adları – YENİLƏNİB + VİDEO

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi Tver vilayətində qəzaya uğrayan özəl təyyarənin göyərtəsində olan sərnişinlərin və ekipaj üzvlərinin tam siyahısını dərc edib.

Beləliklə, siyahıda “Vaqner” özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojinin və “Vaqner”in komandiri Yevgeni Utkinin də var.

Sərnişinlər:

Yevgeni Priqojin

Dmitri Utkin

Sergey Propustin

Yevgeni Makaryan

Aleksandr Totmin

Valeri Çkalov

Nikolay Matuseyev

Ekipaj üzvləri:

Komandir Aleksey Levşin

İkinci pilot Rüstəm Kərimov;

Göyərtə nəzarətçisi Kristina Raspopova

Məlumat üçün əlavə edək ki, sərnişinlər arasında olan erməni əsilli Rusiya vətəndaşı Yevgeni Makaryan Ukraynanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub.

23:50

Tverdə qəza zamanı təyyarənin göyərtəsində olan “Vaqner” özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojinin və “Vaqner”in komandiri Dmitri Utkinin yanmış cəsədlərini ilkin olaraq müəyyən etmək mümkün olub.

Bu barədə Rusiya hakimiyyətinə yaxın olan “Tsarqrad” informasiya resursu məlumat yayıb.

Qəza ilə bağlı ehtimallardan biri kimi göyərtədə partlayış törədilməsi göstərilir.

Lakin hələlik bu məlumatlar Rusiya hökuməti tərəfindən rəsmi təsdiqlənməyib.

23:15

Tver vilayətində göyərtəsində “Vaqner” özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojinin də olduğu təyyarənin qəzaya uğradığı yerdə tapılan səkkiz nəfərin cəsədi tanınmaz hala düşəcək qədər yanıb.

Bu barədə Rusiya “Telegram” kanalları hadisə yerində olan araşdırma komissiyasının üzvlərinə istinadən məlumat yayıblar.

“Həlak olan şəxslərin şəxsiyyətini müəyyən etmək üçün çox güman ki, DNT müayinəsi aparmaq lazım gələcək”, – məlumatda qeyd olunur.

22:12

Rusiyanın Tver vilayətində göyərtəsində “Vaqner” özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojinin də olduğu təyyarəsinin qəzaya uğradığı yerdə səkkiz nəfərin cəsədi tapılıb.

Bu barədə Rusiya FHN məlumat yayıb.

21:16

Rusiyanın Tver vilayətində qəzaya uğrayan təyyarədəki sərnişinlər arasında Yevgeni Priqojin də olub.

Bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

“Bu axşam Tver vilayətində baş verən “Embraer” təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmalara başlanılıb. Təyyarənin göyərtəsində olan sərnişinlərin siyahısına əsasən, onların arasında Yevgeni Priqojinin adı və soyadı da var”, – Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin məlumatında qeyd olunub.

21:03

Rusiyanın Tver vilayətində şəxsi təyyarə qəzaya uğrayıb.

İlkin məlumatlara görə, təyyarənin göyərtəsində yeddi nəfər olub.

Onların hamısının öldüyü ehtimal edilir.

Rusiya “Telegram” kanalları təyyarənin “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinə məxsus olduğunu yazırlar.

Hələlik Rusiyanın aidiyyəti qurumları qəza ilə bağlı açıqlama yaymayıblar.