Hərbçilərimiz minaya düşdü

Azərbaycanda polkovnik-leytenant minaya düşüb.

XALQ.AZ xəbər verir ki, bu barədə Oxu.az Müdafiə Nazirliyindən məlumat əldə edib.

Biri polkovnik-leytenant olmaqla 5 hərbçimiz minaya düşdü

Bildirilib ki, polkovnik-leytenant Kamil Duniyev Suqovuşanda minaya düşüb.

O, ağır xəsarətlər alıb və hərbi hospitala təxliyyə olunub.

***

“Report”un məlumatına görə, daha 4 hərbçi Tərtər rayonunun Talış kəndi istiqamətində minaya düşüb. Onlar leytenant Həsən Əhmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular (MAXE) – Sərxan Qəribov, Elşad Orucov və Məhərrəm Ağayevdir.

Hadisə zamanı hərbi qulluqçular ağır xəsarətlər alıblar və hərbi hospitala təxliyyə olunublar.

Polkovnik-leytenant Kamil Duniyevin ayağı amputasiya edilib.

Faktla bağlı araşdırma aparılır.