Ötən il parlament səmərəli fəaliyyət göstərdi

Parlamentin bir illik fəaliyyətinə qısa nəzər salanda ötən bir il ərzində görülən işlərin təqdirəlayiq olduğunu söyləyə bilərəm. Təbii ki, ötənilki parlamet pandemiya dövrünə düşdü. Buna baxmayaraq  məhsuldar çalışdıq. Davamlı olaraq seçicilərimizlə əlaqə saxladıq”

Bunu Milli Məclisin deputatı Məşhur Məmmədov parlametin bir illik fəaliyyətini şərh edərkən deyib.

Deputat həmçinin ötən bir ilin Milli Məclisin də tarixində sadə və sıradan bir il olmadığını söyləyib:

“9 fevral seçkilərindən sonra  Milli Məclis yenidən formalaşdı. Eyni zamanda,  əhəmiyyətli dərəcədə islahatlar aparılıb. Milli Məclisin daxili inizbati idarəetmə aparatı keyfiyyət etibarilə yeni konfiqurasiyada yenidən təşkil olunub. Seçkilərdən sonra yeni parlamentdə yer almış bütün siyasi partiyaların fəal iştirakı ilə formalaşmış parlament komitələri yeni şəraitdə – rəqabətli mühitdə daha səmərəli fəaliyyət göstərib. 

Məşhur Məmmədov parlametin fəaliyyətini çox yüksək qiymətləndirdiyini qeyd edib: 

“Parlament ilk dəfə olaraq komitə iclaslarını məsafədən idarə etdi. Karantin qaydalarına uyğun olaraq  üzərimizə düşən hər bir işin öhdəsindən layiqincə gəldik. Ötən  bir il ərzində 250-dən çox qanun lahiyəsi qəbul olundu. Milli Məclisin beynəlxalq səviyyədə də işini çox yüksək qiymətləndirmək lazımdır. Pandemiya dövrü olmasına baxmayaraq, beynəlxalq təşkilatların tədbirlərinə onlayn formada qatıldıq. Eyni zamanda,  2020-ci ildə Milli Məclisdə də kadr islahatları aparıldı”