Hərbçimiz faciəvi şəkildə həyatını itirdi

Ötən gün axşam saatlarında Yevlax rayonu ərazisində “Mercedes” markalı maşın Qarabağ kanalına aşıb.
Hadisə nəticəsində avtomobilin sürücüsü Həsənov Cavid suda boğularaq ölüb.
Onun meyiti  dünən günorta saatlarında sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, bədbəxt hadisə nəticəsində dünyasını dəyişən 2002-ci il təvəllüdlü Cavid Həsənov hərbçi idi. O, 3 ay əvvəl MAXE kimi ordu sıralarında xidmət etməyə başlamışdı. Cavid Həsənov hadisə zamanı avtomobildə tək olub.