Hərbi təyyarələr Azərbaycanda

 

6

Türkiyə və Azərbaycanın hərbi təyyarələri birgə təlimlərdə iştirak edəcəklər.

İrimiqyaslı birgə taktiki təlimlərin növbəti mərhələsində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri sentyabrın 18-də Azərbaycana gəlib.

Müdafiə nazirliyinin mətbuat xidmətindən XALQ.AZ-a verilən məlumata görə, sentyabrın 19-da keçiriləcək təlimlərin növbəti mərhələsində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitələri, o cümlədən, MiQ-29, F-16 qırıcı, Su-25 hücum və C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-24, AH-1W Super Cobra döyüş və Mi-17, Sikorski UH-60 döyüş-nəqliyyat helikopterləri iştirak edəcəklər.

Təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, o cümlədən, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi tapşırıqları yerinə yetiriləcəkdir.

Aviasiya vasitələrinin gəlişi davam edir.

 

14 13 12 11 10 9 8 7