TANAP layihəsinə təsdiq olundu

 

 

Memorandum təsdiq olunduğu gündən qüvvəyə minir.

TANAP layihəsi üzrə qarşılıqlı anlaşma Memorandumu 2014-cü ilin may ayının 26-da Ankarada Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız və Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev arasında imzalanıb.

TANAP layihəsi qazın Azərbaycanın “Şah Dəniz” yatağından Türkiyədən keçərək Avropaya çatdırılmasını nəzərdə tutur.

Boru kəmərinin ilkin ötürmə qabiliyyəti ildə 16 milyard kub metr olacaq. Altı milyard kub metr qaz Türkiyəyə, qalanı isə Avropaya çatdırılacaq. Gələcəkdə boru kəmərinin ötürmə qabiliyyəti ildə 31 milyard kub metrə çatdırıla bilər.

TANAP boru kəmərini 2018-ci ildə istismara vermək planlaşdırlır. Layihə 10-11 milyard dollar dəyərində qiymətləndirilir.