Hansı növ qəlbiniz var?

30

 

Qəlb üç növdür deyir məhşur “ Şəfa əl Əsrar” (Sufiliyin sirləri) kitabında böyük Seyid Yəhya Əş-Şirvani Əl- Bakuvi.

Birincisi, xarab olmuş qəlb ki, bu qəlb fəqirlərin evi kimidir. Orada heç bir şey olmadığı üçün oğrular oraya girməz.
İkincisi, böyük xeyrin olduğu qəlb ki, bu zənginin evinə bənzəyir. Oğrular bu evə çox dadanırlar. Onun üçün bu evin sahibi tədbirli olar.
Üçüncü qəlb, əmirin və padişahın evidir. Burada bir şox gövhərlər və xəzinələr vardır. Oğru bu evə heç yaxınlaşa bilməz, çünki bu evin sağlam bir hasarı, bir çox mühafizəçisi və əmirin şiddətli cəzası vardır.
Birincisi, kafir və münafiqlərin qəlbləridir. Bunlar mərifətdən boşdur.
İkincisi, möminlərdən Allah üçün çox çalışanların qəlbləridir.
Üçüncüsü, övliyanın və siddiqlərin qəlbləridir. Onlar Allahın mühafiqəsi altındadır. Düşmənlərin oraya girməkdən və vəsvəsə verməkdən ümidi kəsilmişdir.
Hər bir insan bütün ömrü boyu ən azı ikinci növ qəlbi olanlardan ola bilmək üçün çalışmalıdır. Çünki gerçək insan ola bilmək, insan kimi yaşamaq və insan kimi ölə bilmənin yolu məhz bundan keçir. Bakuvi deyir:
Hansı qəlbdə bu dörd şey var isə, o qəlb nurlanmışdır:
Minnətin mərifəti ilə bərabər taətin şirinliyi,
İbadətə məsuliyyət ilə bərabər ruzi əndişəsi olmaması,
Tövbədə sədaqət ilə bərabər günahı tam dərk etmə,
Röyətlə bərabər əziyyətə dözüm.
Qəlbimizdə bu dörd şey varmı? Hər birimizin gerçək insan olma yolunda özümüzə verməli olduğumuz önəmli suallardan birdir bu… Unutmamalıyıq ki,
Qəlbin nuru bu dörd şeydədir:
İbrət ilə baxmaq,

Hikmətli sözləri dinləmək,
Az yemək,
Zahidlərlə bərabər olmaq.
Qəlbimizi nədən qorumalıyıq sualının da cavabında 4 şərti xüsusi vurğulayır o Allah dostu.
Haqq yolu ilə görməyən nifaqdan,
Camaat yolunu görməyən bidətdən,
Səxavət yolunu görməyən xəsislikdən,
Hesab yolunu görməyən mal sevgidindən…

Hər gün, hər saat, hər dəqiqə xatırlamalıyıq ki, Qəlbin afəti 4 şeydir:
Fasiqlərlə söhbət,
Ədəbsiz söz,
Riyakarlıq,
Ölümü unutmaq.
Bəli, gerçək insan heç bir zaman ölümü unuda bilməz və unutmamalıdır… Onu da unutmamalıdır ki, Qəlbin kirlənməsi dörd şeydən olur:
Özünü bəyənmək,
Məqam sevgisi,
Çox yemək,
İnsanların mədh etməsini sevmək.
Qəlbin kirlənməsinə imkan verməməlidir hər bir insan yaşadığı hər bir an, hər bir dəqiqə, saat, gün… Çünki çox kirlənən qəlb ölümə məhkumdur. Qəlb bu 5 şey ilə ölər deyir Seyir Yəhya Şirvani:
Boş söhbət,
Bəd və ədəbsiz söz,

Cahillərlə bərabər olmaq,
Ölüdən fərqlənməyən zənginlərlə oturmaq
Çox gülmək.
Amma Qəlbi qoruma yollarını da göstərir. On şey ilə mümkündür sadəcə deyir:
Ölümü xatırlamaq,
Cəhənnəmi xatırlamaq,
Cənnəti xatırlamaq,
Allaha minnət hissi ilə dolu olmaq,
Gecə namazları,
Quran oxumaq,
Alimlərlə bərabər olmağı artırmaq,
Yalnız ikən Allaha niyaz etmək,
Axirətə qovuşmağı istəmək,
Allahdan daim xof etmək.
Bu on məsələyə diqqət edən Qəlbini kirlənmədən və ölümdən qoruya bilər. Bunlar ancaq dörd şey ilə dərk edilir deyir “Şəfa əl Əsrar”:
Nəfsi aclıq ilə riyazətdə tutmaqla,
Gecələr ibadətlə oyaq qalmaqla,
Qəbirləri ziyarət etməklə,
Günahlara girməkdən qormaqla.
Qəlbi kirlənmədən qoruya bilməyənlərə təmizlənmək üçün çıxış yolları da göstərilir. Qəlb ölümə məhkum olmadan təmizləmənin yolları… Qəlb bu yeddi şey ilə təmizlənir deyir:
İxlas,
Təvəkkül,
Riza,
Önünə baxmaq,
Ölümü xatırlamaq,
Cəhənnəmi xatırlamaq,
Fəqirliyi sevmək.
Qəlbimizi təmizləmək istəyiriksə zaman itirmədən başlamalıyıq… Çünki həyat bir andır… Məsələn, elə günü sabah bu həyatda olmaya bilərik hər birimiz… Başladınızmı?