Hava limanına gedən yol bağlandı

Yol

Beynəlxalq Hava Limanına gedən yol bağlandı.

XALQ.AZ-ın Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 10:00-dan etibarən, Heydər Əliyev prospektinin Böyükşor yol qovşağından Hava limanı yol qovşağına qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyyə edilir.

Yolalrda təmir işləri “Azəryolservis” ASC tərəfindən aparılır.