Səhiyyə Nazirliyində yeni təyinat

24

 

Səhiyyə Nazirliyində yeni təyinat olub. 

 

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Lent.az-a verilən məlumata görə, Oqtay Şahmalıyev TTTYS-nın baş həkim müavini təyin edilib. O, ötən ilin dekabrında Respublika Diaqnostika Mərkəzinə direktor müavini təyin edilmişdi.

O. Şahmalıyev  yeni təyinatını təsdiqləyib: “Mən ötən ay yenidən Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına baş həkimin müavini təyin edilmişəm”.

Qeyd edək ki, O. Şahmalıyev  Respublika Diaqnostika Mərkəzinə direktor müavini təyin edilənə qədər də adıçəkilən stansiyada baş həkimin müavini vəzifəsində çalışıb.