Hikmət Hacıyevdən 190 manatlıq ödəmələrlə bağlı AÇIQLAMA

“190 manatın köçürülməsi ilə bağlı problem varsa, bunlar aidiyyəti üzrə araşdırılacaq”.

XALQ.AZ-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, bu məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tədbirlər görülür:

“Qeyd etdiyiniz məsələ ilə bağlı faktlar varsa, nazirlik bunu araşdıracaq. Bu yaxınlarda nazirlik tərəfindən müvafiq açıqlamalar da verildi. Amma bir daha bizim tərəfimizdən bu məsələ ilə bağlı nazirliyə müraciət ünvanlanacaq”.